03-06 Sentyabr tarixlərində SEFCO Consulting Groupun SUNLAB Laboratoriyası ilə əməkdaşlıq çərçivəsində ``Xəstə ilə ünsiyyət və davranış`` təlimi keçirildi. Təlimin keçirilməsində əsas məqsəd laboratoriyanın Müştəri Xidmətləri Departamentinin və Nümunə Qəbul şöbəsinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması və laboratoriyanın müştəri kütləsinin məmnunluğunun təmin edilməsi üçün ünsiyyət və davranış qaydalarının öyrənilməsidir. Təlimin açılış mərasimində laboratoriyanın direktoru Dr. İlkin Nəsirov əməkdaşların xəstələrlə ünsiyyətin daha peşəkarlaşmış bir formada həyata keçirilməsi üşün bu kimi təlimlərin vacibliyini və əhəmiyyətini vurğuladı. Dr. Elmir Səfərlinin təqdimatı ilə keçirilən 3 günlük təlimdə əməkdaşlara xəstələrin məmnunluq səviyyəsinin artırılması istiqamətində nəzəri və simulyasiyalar üzərində praktiki vərdişlər öyrədildi.
2018-09-06 11:34:28