``Qadın Sahibkarlığına Dəstək`` Layihəsi başladı

30 aprel-4 may tarixlərində BMTnin İnkişaf proqramının (UNDP) Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Salyan rayonunda həyata keçirdiyi ``Qadın Sahibkarlığına dəstək``layihəsi keçirilmişdir. Regionlarda qadınların inkişaf və gəlirlilik səviyyəsinin artırılması məqsədi ilə həyata keçirilən bu layihədə SEFCO Consulting Groupun rəhbəri Elmir Səfərli təlimçi ekspert olaraq iştirak etmişdir. Təlim zamanı qadın sahibkarlara biznes ideyalarının analizi, biznes planların yazılması, regionlarda doğru biznes mühitinin formalaşması, biznes idarəetmə və maliyyə sistemlərinin qurulması istiqamətərində xüsusi seminarlar verilmiş, müxtəlif qrup çalışmaları və praktiki məsələlər üzərində diskusiyyalar aparılmışdır.  Təlimdən sonra iştirakçılar tərəfindən müxtəlif sahələr üzrə yeni açılması nəzərdə tutulan biznes planların təqdimatı baş tutacaq və qurulacaq bizneslərin yerləşmə ərazilərinə baxış keçiriləcəkdir. Sonda seçilən bizneslərə Coca Cola şirkəti tərəfindən xüsusi maliyyələr cəlb edilərək qadınların sahibkarlıq fəaliyyətinə dəstək olunacaqdır.