04 Mart 2018 -ci ildə əsası qoyulmuş yeni startuplardan biri olan Bookelemoon layihəsinin açılışı oldu. Niquel şirkətinin təsisçisi Elnur Səfərli gələn qonaqları salamlayaraq yeni layihənin məqsədləri barədə məlumat verdi. Qeyd edək ki, Bookelemoon layihəsinin əsas məqsədi brendlərin mövcud endirimlərə platforma vasitəsilə müştərilərə təqdim edilməsidir. Endirim növlərinin müxtəlifliyindən asılı olmayaraq hər bir müştəri layihənin əməkdaşlıq etdi şirkətlərin məhsulları haqqında tez bir zamanda məlumatlandırılacaqdır. Əsas hədəfi müasir dünyada son dövlərdə inkişaf edən digital marketinq sahəsinin ölkəmizdə tətbiqi olan layihə ilə SEFCO Consulting Group tərəfdaşlıq müqaviləsi imzalayaraq təhsil sahəsində müştərilən faydalanması üçün əməkdaşlıq edəcəkdir. Şirkət olaraq Bookelemoon layihəsinə və komandasına uğurlar arzu edirik.
Bookelemoon tanıtım videosu ilə burdan tanış ola bilərsiniz.
2018-03-08 18:29:48