SEFCO Consulting Groupun 12 Fevral 2018-ci il tarixində Azərbaycan Tibb Universitetinin nəzdində Tədris Cərrahiyə Klinikasında Beynəlxalq Tibbi İdarəetmə Standardlarnı çərçivəsində insan resurslarının idarə olunması sahəsinə uyğun olaraq Tibbi HR təlimi həyata keçirdi. Təlimdə insan resurslarının idarə edilməsi standardlarına uyğun olaraq tibbi müəssisələrdə strukturun qurulması, iş analizi, performans dəyərləndirmə sistemlərinin tətbiqi, intervyuların keçirilməsi, təlim ehtiyaclarının müəyyənləşdirilməsi kimi önəmli mövzular tədris edilmişdir. Təlimçi iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərlidir. Təlimdə klinikanın rəhbər işçiləri iştirak etmişdir. Layihə 3 gün ərzində davam etdirilməsi planlaşdırılır.
2018-02-12 16:28:58