SEFCO Consulting Groupun 02 - 04 Fevral 2018-ci il tarixlərində Beynəlxalq Tibbi İdarəetmə Standardlar ı çərçivəsində insan resurslarının idarə olunması sahəsinə uyğun olaraq Tibbi HR təlimi həyata keçirildi. Təlimdə insan resurslarının idarə edilməsi standardlarına uyğun olaraq tibbi müəssisələrdə strukturun qurulması , iş analizi, performans dəyərləndirmə sistemlərinin tətbiqi , intervyuların keçirilməsi, təlim ehtiyaclarının müəyyənləşdirilməsi kimi önəmli mövzular tədris edilmişdir. Təlimçi iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərlidir. Təlimdə müxtəlif dövlət və özəl tibb müəssisələrinin rəhbərləri, HR direktorları iştirak etmişdir.
2018-02-05 10:49:44