Növbəti Promethean Texnologiyalarından istifadə təlimi keçirildi.

Dekabr ayının 16da Azərbaycan Dövlət Neft və Sənayə Universitetində tələbə və məzunlar üçün karyera sərgisi keçirildi. Sərgidə 60-dan yuxarı şirkət və dövlət təşkilatları təmsil olunurdu. Tədbiri ADNSU rektoru Professor Mustafa Babanlı açaraq tələbələr və məzunlara gələcək karyeralarında uğurlar arzu etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin birinci müavini Mətin Kərimli  və digər dövlət nümayəndələri şirkətlərin açıq elan etdiyi vakansiyalarla maraqlanaraq öz tövsiyyələrini verdilər. SEFCO Consulting Group şirkətini tədbirdə şirkətin təlim koordinatoru Həsən Həsənli təmsil edirdi.